YOL POLİSLƏRİ CƏZALANDIRILDI

Yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır.

Bəs, vətəndaşları narazı salan, onlarla kobud davranan DYP əməkdaşları ilə bağlı hansı tədbirlər görülür? Məsələn, son bir ildə neçə nəfər yol polisi bu cür davranışlarından dolayı cəzalandırılıb?
Bununla bağlı Sputnik-ə açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu cür hallara qarşı intensiv mübarizə aparılır.
“2016-cı ildə 712 nəfər Dövlət Yol Polisi əməkdaşı sürücülərin hüquqlarını pozduğuna, kobud rəftara yol verdiyinə və digər səbəblərə görə intizam qaydasında cəzalandırılıb. Həmin müddətdə 43 nəfər xidmətdən xaric olunub, 9-u tutduğu vəzifədən azad edilib, 660 əməkdaşa isə digər intizam tənbehləri verilib” — K.Əliyev bildirib.
Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi diqqətə çatdırıb ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır