Rusiya KİV-də erməni izinin sirri

Rusiya KİV-lərinə son illərdə erməni politoloqlar sürətlə ayaq açıblar. Kremlin mətbuat səhifələrində və telekanallarında çıxış edən ermənilər Azərbaycan əleyhinə fikirlər səsləndirir, bütün fəaliyyətlərini bizə qarşı yönəldirlər. Rusiya KİV-ləri isə buna gen-bol şərait yaradırlar.

Rusiya gündəminin ölkəmizdən də yaxından izlənildiyini düşünsək, ermənilərə yaradılan bu cür şərait ciddi etiraz doğurur. Ekspertlərimiz bunun qarşısını almaq üçün dövlət səviyyəsində ciddi fəaliyyətə ehtiyac duyurlar. Ən azından həmin telekanallara və mətbuat orqanlarına kütləvi şəkildə etirazların edilməsi, müraciətlərin göndərilməsinin vacibliyi vurğulanır. Burada Rusiyada yaşayan nüfuzlu azərbaycanlıların, biznesmenlərin, siyasətçilərin, ən əsası, Azərbaycan lobbisinin, fəaliyyət göstərən müxtəlif təşkilatların yetərincə fəal olmaması tənqid olunur.

İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, erməni amilinin Rusiya dövlətçiliyində rol oynadığı tarixin bütün dönəmlərində həmin dövlətçilik bundan ziyan çəkib: “Onlar quruculuqda, xalqla birlikdə regional və beynəlxalq maraqların təminatında daha sivil yollara deyil, başqa yollara gediblər. Rusiya dövlətçiliyi hesabına, onun iradəsinə bağlı olaraq yaşadıqları halda bu amili fərqli bir kontekstdə şərh edib, onu faciə tarixi kimi qeyd edirlər. Müstəqillikdən sonra Lenin-Atatürk razılaşması, Stalinin Qarabağa verdiyi statusdan irəli gələn rol hər zaman erməni dünyasında lənətlə xatırlanır. Rusiya-Türkiyə arasındakı istənilən yaxınlaşma onları dərhal düşündürür, hesab edirlər ki, bu yöndə toqquşmalar, parçalanma, vuruşmalar üçün xidmətlərini həyata keçirməlidirlər. Çox təəssüf ki, bu ruh sanki bir millətin üzərinə bütövlükdə çöküb. İstər sovetlər birliyi olsun, istərsə də, ondan sonrakı dönəmlər olsun, ermənilər fəal bir şəkildə akademik məkanlarını, elm dünyalarını addımlayıb keçməyə, orada möhkəmlənməyə çalışıblar. Kiçik xalqlar adətən ayaqda qalmağın yollarını bu cür arayırlar. Vaxtilə ermənilər yüzlərlə ermənini Moskvada oxudublar, nəticədə həmin ermənilər və onların törəmələri indi Elmlər Akademiyasının əsas məqamlarına yiyələniblər, eyni zamanda Xarici İşlər Nazirliyi və digər qurumlarda təmsil olunurlar, maliyyə-bank sektoruna sahib dururlar, onlarla erməni küçələri var. Bu baxımdan sizin də dediyiniz kimi, informativ məkanda balans onların xeyrinədir, xüsusilə, rusdilli orqanlarda”.

Deputat Rusiyada bu sahədə ermənilərin üstünlüyünü bir neçə amillə izah etdi: “Əvvəla, azərbaycanlıların orada toparlanaraq, bir qüvvə kimi meydana gəlməsi, sistemli hərəkəti bu dövr ərzində çox zəif olub. Diqqət edin, “Milyarderlər İttifaqı”nın hədəfi Bakıdır səviyyəsində qurulur. Hədəf Moskva, Rusiya Duması, Kremldə yerləşmək kimi hallar yoxdur. Bizdə min illər varlığı uğrunda vuruşmaq hissi cəmiyyətdə bir-birinə ötürülməyib. Onların bu hissi bizdən bir qədər önə keçib. Doğrudur, onlarda bu səbəbi formalaşdıran halların olduğunu deyə bilərik. Bu faktda doğrudur ki, ermənilər arxa cəbhə açaraq, xəyanət edərək, Rusiya tərəfindən Osmanlı İmperiyasına qarşı vuruşublar. Bumu onları ayaqda saxlayıb, dünyada səpələnmiş şəkildə bu günə gətirib çıxarıb? Unutmayaq ki, bu hədəflər bizim üçün əlçatmaz deyil. Bizim onlardan xaricdə imkanlarımız qat-qat artıqdır. Təəssüflər olsun ki, həmin hədəflərə doğru fəaliyyət aparılmır. Rusiyada tanınmış azərbaycanlıların əksəriyyəti rus dilinə peşəkar şəkildə yiyələniblər, politoloji-siyasi fikirlərə malikdirlər. Amma təəssüf ki, bu cür müzakirələrdə guya ruslar çağırmır kimi nəzəriyyələrlə özlərini arxa planda saxlayırlar. Sizi inandıram ki, bu məsələdə ermənilər güclü deyil, daha çox bizimkilər zəiflik göstərirlər. Hansı Avropa ölkəsinə gedib media ilə münasibət qurursan, görürsən ki, burada erməni yox imiş. Sanki ermənilər hansısa düşüncələrimizin həyata keçməməsi üçün bu yollardan istifadə edirlər. Zəif nöqtələrimizi erməni amilinə bağlayanda mənzərə yarımçıq qalır. Onu da qeyd edim ki, indiyə qədər yüksək dünyagörüşü daşıyan adamlarımızla qarşılaşmışam, onlarla ünsiyyət imkanlarım olub. Təəssüf edirəm ki, bunlar akademik məkanda irəliləmək istəsələr də, dediyimiz məkana gəlib çıxa bilmirlər. Sizi əmin edirəm ki, azərbaycanlıların bu istiqamətdə orada nəsə fəaliyyət göstərmələrinə heç nə mane olmur. Dövlət müxtəlif tədbirlərdə bu məsələləri dəfələrlə irəli sürüb. Prezident İlham Əliyev deyir ki, siz harada varsınızsa, ora Azərbaycanın bir səfirliyidir, diplomatik təmsilçiliyidir. Üçünüz bir araya gəlmirsiniz, gəlməyin, hərəniz ayrı-ayrılıqda bu ölkənin mənafeyi üçün fəaliyyət göstərin. Bundan ötrü də onların üzərinə öhdəliklər qoyulmayıb. Ulu öndər 2000-ci ildə Fransaya səfər edərkən azərbaycanlıları topladı və dedi ki, nə olar siz də “Le Monde” qəzetində bir yazı verin. Dərhal başladılar ki, bundan ötrü para tələb olunur yaxud dövlət buna kömək etsin. Halbuki həmin sözü deyənlər Parisdə şəraitləri, imkanları ilə seçilən şəxslər idilər. Düşünürəm ki, qeyd etdiyimiz xətti Rusiyada mütləq mənada Rusiyada gücləndirmək lazımdır. Buradan biz zərbələr alırıq. Bu xətti digər xarici məkanda da aparmalıyıq. Sonda bir faktı də deyəcəm. 2008-ci ildəki “beş günlük” savaşda Gürcüstan həm ərazilərini itirdi, həm də humanitar fəlakətlər yaşadı. Amma beynəlxalq məkanda ən nüfuzlu KİV-lərdə tək gürcülər Rusiyaya qarşı böyük bir informasiya savaşı apardılar və öz həqiqətlərini təqdim edə bildilər. Biz düşünməliyik ki, söhbət təkcə Qarabağ kontekstindəki fəaliyyətdən getmir. Küçə aksiyaları ilə heç nə həll olmur, doğrudur, ictimai təzyiqdir, amma fəaliyyət yüksək səviyyədə olmalıdır”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır