Xarici pasportunu itirənlərin ödəyəcəyi cərimələr müəyyənləşdi

Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.

“Bizimyol.info”nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.

Yeni maddəyə əsasən, 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə

14.1-1.1. on iş günü müddətində verildikdə

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün – 20 manat;

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manat;

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manat;

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manat;

14.1-1.2. beş iş günü müddətində verildikdə

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün – 30 manat;

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manat;

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manat;

14.1-1.3. bir iş günü müddətində verildikdə

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün – 50 manat;

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manat;

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manat;

Həmçinin qanuna yeni 33-3 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddə əlavə olunur.

33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.1.1. üç iş günü müddətində verildikdə – 20 manat;

33-3.1.2. yeddi iş günü müddətində verildikdə – 10 manat;

33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə

33-3.2.1. üç iş günü müddətində verildikdə – 10 manat;

33-3.2.2. yeddi iş günü müddətində verildikdə – 5 manat;

Bundan əlavə qanuna 33-4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə tutulan dövlət rüsumunun ödənilməsindən azadolmalar) adlı yeni maddə əlavə edilir.
Yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.

Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirə ediləcək.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir