Yəhudi alimlər: Şokoladlı desert arıqlamağa kömək edir

Alimlər, arığlamağla bağlı daha bir resept barədə fikir irəli sürüblər. Onların fikrincə şokoladlı desert bu məsələ olduqca təsirli yer tutur. Fəqət, bir şərtlə: şokolad səhər saatlarında həzmi-rabedən keçirilməlidir, çünki məhz həmin vaxt metabolizm daha aktiv olur, orqanizm sonradan gün ərzində “emal” edə biləcəyi kaloriləri alır. “The Telegraph” bildirir ki, tərkibində protein və karbohidratlar olan səhər seməyinə şirniyyat da əlavə olunarsa, sonradan desert yeməyə həvəs qalmır.

İsraildəki Təl-Əviv Universitetinin professoru Daniel Yakuboviçin başçılıq etdiyi qrup piylənmə diaqnozu qoyulmuş 193 könüllünü tədqiqatlara cəlb edib.
Onlar iki qrupa bölünüblər. İlk qrupa 300 kalorilik, ikinci qrupa isə 600 kalorilik, üstəlik, şokolad tortlu səhər yeməyi təklif olunub. Könüllülərə 32 həftə bu formada pəhriz saxlamaq təklif olunub. Həmin müddətin ortasında qruplardakı şəxslərin hər biri 15 kq arıqlayıb.
Amma sonra ilk qrupdakıların hər biri 11 kq kökəlib, ikinci qrupdakılar isə daha 7,5 kq arıqlayıb.
Qrupdakılar gün ərzində bərabər kalorili qidalansalar da, tərkibində karbohidratların az olduğu qidalanma toxluq hissi verməyib. “Birinci qrupdakı şəxslər gün ərzində şirniyyat yeyir, ayaqüstü qəlyanaltı edirdilər. Bu isə asılılığa aparan yoldur. Halbuki məhz səhər yeməyi insan orqanizmindəki aclıq hormonu qrenilinin aktivliyini aşağı salır”, – professor Yakuboviç deyib. Sia.az

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır