Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub (FOTO)

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində səfir Azər Xudiyev, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və şəhərin ictimai fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

“Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub”, – deyən baş həkim belə bir mərkəzin açılması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, deputat Fəxrəddin Muxtarova, xeyriyyəçi Könül İbrahimovaya təşəkkürünü bildirib.

Səfir deyib ki, Ukraynanın İrpen şəhərindən sonra ikinci böyük şəhəri olan Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir: “Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü humanist siyasətin nəticəsidir”.

“Bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edəcək”, – deyən Lvov şəhər səhiyyə şöbəsinin müdir müavini Natali Litvinskaya çıxışında bu nəcib işdə göstərdikləri dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Lvov vilayətində qeydə alınan xəstəliyin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır