Rusiya Azərbaycandakı səfirini niyə geri çağırıb? – KÖHNƏ VƏ YENİ SƏFİRLƏRİN FƏRQİ

“Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb. Əslində qeyri-adi heç nə yoxdur. Adam 8 ildir Azərbaycanda səfirdir. Ancaq söhbət Rusiyadan getdiyindən səfirin niyə indi geri çağrıldığı müəyyən suallar doğurur”.

Hurriyyet.org xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.


Politoloqun fikrincə, Azərbaycana gələcək yeni səfir nisbətən müəmmalı şəxsdir: “Rusiyanın Azərbaycandakı yeni səfirinin ismi bu ilin iyulun əvvəlində bəll olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O, Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb.

Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyətli informasiyalar var. Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər var. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar var. Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq”.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir