“Qara cümə” başlandı – FOTO

Bu gün dünyanın bir çox ölkələrində “Qara cümə” başlanıb. Azərbaycan da istisna deyil.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, “Qara cümə” (Black Friday) ABŞ-da milli bayram olan Şükranlıq Günündən sonrakı ilk cümə günüdür. Məhz bu gün ənənəvi Milad endirimli satışları başlanır.

“Qara cümə” adəti 19-cu əsrdə yaranıb, endirimli alış-verişlərin başlandığı günə bu ad isə 1966-cı ildə Birləşmiş Ştatların şərq sahillərində peyda olub.

“Qara cümə” Qərb ölkələrində rəsmi bayram və ya istirahət günü sayılmasa da, milyonlarla insan bu gün işdən icazə alıb alış-verişə yollanırlar.

Bu gün dükanlar və marketlər səhər erkəndən, təxminən saat 5-də açılır. Bəzi ticarət şəbəkələri isə gecəyarıdan işə başlayırlar.

İlk alıcılara 50-80 arasında endirimlər təklif olunur. Bu, dükanlara mümkün qədər çox alıcı cəlb etmək üçündür.

ABŞ-da bu gün 26 milyard, Britaniyada isə 8 milyard dollarlıq alış-verişin ediləcəyi gözlənilir.

Britaniyada “Qara cümə” zamanı qiymətlərdə orta hesabla 40-50 faizlik endirim olur.

Böyük riteylerlər və ticarət şəbəkələri “Amazon” kimi onlayn-ticarət nəhənglərinə uduzmamaq üçün rekord sayda güzəştli aksiyaları gerçəkləşdirirlər.

“Amazon”a gəldikdə isə, onlayn-ticarət nəhəngi bu günün sonunadək minimum 4 milyard dollarlıq alver etmək niyyətindədir.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır