Mehriban Zeynalova Nuşirəvan Məhərrəmliyə müraciət etdi: “Zaur Kamalın verilişi ilə bağlı tədbir görün”

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib. 

Cebhe.info xəbər verir ki, M.Zeynalova müraciətində  Zaur Kamalın aparıcısı olduğu “5-də 5” verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdi üçün elçilik mərasiminə getməsinə diqqət yetirilməsini vacib hesab edib:

“Ölkədə erkən nikahla bağlı bu qədər iş görülərkən, Zaur  Kamal bu ölkənin qanunlarından və siyasətindən xəbərsizdirmi? Yaxud şoularını qanundan yüksəkdə tutur? Ümid edirəm ki, rəhbərlik etdiyiniz MTRŞ bu qəbildən olan proqramlara, konkret bu halda sözügedən verilişlə bağlı tədbir görəcək. Bu qəbildən olan çıxışlar erkən nikahın təbliğidir, ölkədə erkən nikahların qarşısının alınması istiqamətində aparılan işlərə kölgə salmaqdır və qətiyyətlə diqqətdən kənarda saxlanıla bilməz”.

Cebhe.info xatırladır ki, Zaur Kamal “5də 5” verilişinin “Elçilik” rubrikası üçün rayonların birinə elçiliyə gedib.
Oğlan evi qız evini razı sala bilmədiyi üçün qız qapısına Zauru göndərib. Zaur qızın evinə gəlib və anası ilə həmsöhbət olub. Söhbət zamanı məlum olub ki, Zaurun elçi getdiyi qız 7-ci sinif şagirdidir. Bunu qızın anası bildirib. O, qızının hələ uşaq olduğunu, məktəbdə oxuduğunu və evlənmək barədə düşünmədiyini deyib. Buna baxmayaraq, aparıcı qızı onlara vermələri üçün təkid edib.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir