“Güclü zəlzələ ocaqları var, ən təhlükəlisi…” – Şöbə müdirindən AÇIQLAMA

Son zamanlar Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Bunun səbəbi Azərbaycanın seysmik baxımdan aktiv zonada yerləşməsidir.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkəmizdə mütamadi olaraq, yeraltı təkanlar olur və olacaq. T.Məmmədli bildirib ki, ölkəmizdə əsas zəlzələ təhlükəsi olan ərazilər Şamaxı, İsmayıllı, Gəncə, Abşeron yarımadası və Bakıdır:

“Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələrində və Xəzər dənizindədir. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələlərin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər. Şamaxı və İsmayıllıda zəlzələlər hər zaman olub və gələcəkdə də olma ehtimalı var. Eyni zamanda, cənub rayonlarından Lerik və Masallıda da mütəmadi baş verir. Xəzər dənizində bir neçə ocaqlar var ki, onlar güclü seysmik təklühəyə malikdir. “Azəriçıraq” yataqlarının yanında kifayət qədər güclü zəlzələ ocaqları var. Bakıdan 50-60 km cənubda və şimalda yerləşən ocaqlar güclü seysmik intensivliyə sahibdir. Bunlar da Bakı üçün təhlükəlidir”.

T.Məmmədli diqqətə çatdırıb ki, bu ocaqlar gələcəkdə daha da aktivləşərsə, Bakıda 12 ballıq şkalayla 9 bala qədər çox güclü titrəyiş yarada bilər:

“Paytaxt ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə 8 bal qiymətləndirilir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin”.

Onun sözlərinə görə, Bakıda bu cür zəlzələ olarsa, köhnə binaların hamısı dağılacaq: “Bu o demək deyil ki, sovet dövründə binalar pis tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xətirədə paytaxtın seysmik göstəriciləri Bakı və Abşeron ərazisi üçün 6 bal qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və 1991-ci ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7 bala qədər dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal qiymətləndirilir. Yeni tikilən binalar isə 9 balla uyğundur”.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir