İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı

İspaniyanın Kataloniyadakı müstəqillik referendumunun nəticələrinə qarşı atdığı addımlar Avropa və ABŞ tərəfindən dəstəkləndi. Məsələ burasındadır ki, cəza prizmasından Dağlıq Qarabağ problemini yaradan ermənilərin davranışı diqqəti daha çox cəlb edir. Dağlıq Qarabağ cinayətkarları müəyyən qədər təpki görsəydilər Dağlıq Qarabağ münaqişəsi çoxdan tənzimlənərdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayananan cinayətkarlardır.

Avropa separatçı cinayətkarlara qarşı mübarizənin məqbul yolunu göstərdi. Ona görə Azərbaycan yaranmış reallıqda yol xəritəsi hazırlamalı və bu yol xəritəsi bir neçə istiqaməti əhatə edən elementləri birləşdirməlidir:

I. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda separatçı rejimin əvəzlənməsini reallaşdırmalıdır. Cinayətkar Qarabağ klanı Dağlıq Qarabağda hərbi-polis rejimi quraraq yerli erməniləri də girov saxlayır.

II. Dağlıq Qarabağ separatçılarının liderlərinin Avropa məkanında hərəkətınə son qoyulmalıdır. Bəllidir ki, Ermənistan vətəndaşlığı altında Bako Saakyan hər il müxtəlif ölkələrə səfər edir, telemarafon keçirir, pul dilənir.

III. Avropanın bəzi siyasətçiləri və deputatları qohumluq, milli, dini və digər şəxsi maraqlar prizmasından  Dağlıq Qarabağda cinayətkar separatizmi dəstəkləyirlər. Aİ-nin  müvafiq strukturları onlarla maraqlanmalıdır.

IV. Ermənistan AİB-ə üzv qəbul edilərkən Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyi və müstəqilliyini tanımayacağı barədə rəsmi öhdəlik götürüb. Aİ Ermənistanla Çərçivə sazişinin mətninə analoji öhdəlik əlavə etməlidir.

V. ABŞ Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımlarını dayandırmalıdır.

Çox vacib istiqamət və faktorlardan biri Rusiya istiqamətində aparılan işlər olmalıdır. Dağlıq Qarabağda Rusiyanın iştirakının siyasi və maddi əsasları var. Maddi əsaslar aradan qaldırılarsa, bu siyasi əsaslara da təsir edəcək.

I. Rusiyadakı ermənilər Dağlıq Qarabağda hərbi təyinatlı geniş tikinti işləri və maliyyə layihələri reallaşdırırlar. Avtomaşınlar, müxtəlif hərbi texnikalar hədiyyə edirlər.

II. Dağlıq Qarabağın istehlak etdiyi təbii qaz Rusiyadan gəlir. Rusiyanın təbii qazının Dağlıq Qarabağa axının dayandırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ən ciddi töhfə ola bilər. “Qazprom”un (RF) Aİ məkanında müxtəlif layihələr reallaşdırmağına etirazlar bildirdiyi halda, Rusiya qazının Dağlıq Qarabağa nəqlinə laqeyd yanaşılır. Bu Avropa və RF tərəfindən ikili standartların daha bir nümunəsidir.

Azərbaycan rəsmiləri bu parametrləri nəzərə alaraq yol xəritəsi hazırlamalı və bu yol xəritəsini bütün dövlətlərə, xüsusilə ATƏT MQ həmsədr ölkələrinə təqdim etməlidir. Separatizmin cəzalandırılmasının davamı istiqamətində atılan addımlar ilk növbədə ATƏT MQ ölkələri, Aİ məkanı və Rusiya üçün daha çox faydalıdır.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır