Gözün buynuz qişasının transplantasiyası ölkəmizdə mümkün olacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı brifinq keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin uşaqlarda gözün patologiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fərəh Abduləliyeva ölkədə üç mindən artıq xəstənin bu əməliyyatın icrasını gözlədiyini bildirib. Bunların təxmini 20 faizi uşaqlardır: “Milli oftalmologiya mərkəzi olaraq biz uzun illərdir ki, bu əməliyyatın ölkəmizdə icra olunmasına dövlətimiz tərəfindən icazə verilməsini arzu edirdik. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin Azərbaycanda keratoplastika əməliyyatının aparılmasına və lazımi donor materialının respublikamıza gətirilməsinə dair Fərman imzalayıb. Biz həkimlər bu humanist addımdan faydalanaraq görmə qabiliyyətini itirmiş insanlara yenidən işıq bəxş edərək, onları fəal həyata qaytara bilərik.

Buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Həmin ölkələrin donor bankları ilə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda sənədləşdirmə işləri aparılır və yaxın bir neçə həftə ərzində Azərbaycana gözün buynuz qişası gətiriləcək. İlk mərhələdə bu əməliyyat təcili ehtiyacı olanlara icra olunacaq”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır