Nuh Peyğəmbərin vətəni braziliyalı turistlərin nəzəri ilə

Brazilyanın San-Paulo şəhər sakinləri səyyar-tədqiqatçılar Luiz  Eleodoro və Sanora Pauztinio ötən ay Naxçıvan şəhərinə səfər ediblər.

Onların  həmin səfər  təəssüratlarını naxcivantv.az  oxucularına təqdim edir.

2016-cı ilin sentyabr ayına qədər Nuh Peyğəmbərin həqiqi vətəni haqqında məlumatımız yox idi. Mən həyat yoldaşım ilə Türkiyənin şərq hissəsinə – İqdır şəhəri istiqamətində hərəkət edərkən yolda Naxçıvan yazılmış lövhə gördük və Naxçıvan barədə bələdçidən məlumat aldıq. O bildirdi ki, Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir. Həmin andan mənim diqqətim bu əraziyə yönəldi. Çox təəssüf ki, həmin vaxt bizim xüsusi bir tur proqramımız var idi və həmin proqrama Türkiyə sərhədlərindən kənarda olan bir ərazini daxil edə bilməzdik.

Naxçıvan Nuh Peyğəmbərin vətənidir2017-ci ilin yanvar ayından etibarən mən internet üzərindən və kitablardan Naxçıvan barədə məlumatlar toplamağa başladım. Hər bir axtarışdan sonra Naxçıvana daha da heyran oldum. Lakin əldə etdiyim məlumatlar mənə kifayət etmirdi. Həmçinin bələdçi kitabımda da Naxçıvan barədə az məlumat var idi.
Qərblilər, əsasən, katoliklər və ümumiyyətlə, xristianların protestantları “Tövrat” kitabı və Nuh Peyğəmbərin gəmisi haqqında məlumatlara malikdirlər. Lakin Nuh Peyğəmbərin gəmisinin yeri, onun vətəni və ailəsi barədə dünyada çox az məlumat var. Bu ərazi haradadır? İndi bu suala mən cavab verirəm: Naxçıvan Nuh Peyğəmbərin vətənidir.

Naxçıvan Nuh Peyğəmbərin vətənidirNaxçıvana səfərimiz 2017-ci ilin oktyabr ayında reallaşdı. Naxçıvan Avrasiya və Qafqaz regionunda yerləşən Azərbaycan Respublikasının tərkibində muxtar respublikadır. Bəşəriyyətin beşiyi, Nuh Peyğəmbərin vətəni olan Naxçıvan səyahət etdiyimiz ən təsirli və maraqlı yerlərdən biridir. Naxçıvan ağaclarla əhatə olunmuş son dərəcədə təmiz və geniş küçələri olan müasir şəhərdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası min ildən artıq tarixi olan abidələri ilə seçilir. Orijinal formada bərpa edilən bu abidələr səyahətçilərin diqqətini çox cəlb edir. Naxçıvanda gördüklərim mənim gözləntilərimi xeyli üstələdi. Mən və həyat yoldaşım ərazinin qədim tarixi abidələrinə, xüsusilə də insanların qonaqpərvərliyinə və mehribanlığına heyran olduq. Naxçıvanda çəkdiyimiz minlərlə fotoşəkli ən xoş xatirə kimi saxlamaqla yanaşı, dostlarımıza da göstəririk.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır