Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir. Ölkələrimiz ticarət, investisiya, İKT, xidmət və s. kimi iqtisadi sahələrdə də əməkdaşlıq edir.2017-ci ilin fevralında Kabilə ixrac missiyası təşkil edilib və missiya çərçivəsində bir sıra Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub.

Görüşdə qeyd edilib ki, Azərbaycan 14-15 noyabrda Aşqabadda keçiriləcək Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) təmsil olunacaq. İqtisadi əlaqələrin genişləndirilməsi baxımdan müxtəlif sahələr üzrə hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev hazırda ölkələrimiz arasında müzakirə edilən bir sıra sənədlərə, o cümlədən İqtisadi və Ticarət Əməkdaşlığı haqqında Sazişə dair fikirlərini bölüşüb.

Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini xatırladan nazir Şahin Mustafayev bu mühüm əhəmiyyətli dəmir yolu xəttinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, Əfqanıstanda yerləşən NATO qüvvələrinin tələbatını ödəmək məqsədilə Azərbaycan şirkətləri onları qida və geyimlə təchiz edə və ya bu sahədə birgə müəssisələr yaradıla bilər. Nazir Şahin Mustafayev Bakının da namizəd şəhərlər sırasında olduğu “EXPO 2025” beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinə Əfqanıstanın dəstək olmasını xahiş edib.

Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən Eklil Əhməd Hakimi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd olunub ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir.MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır