Murad Dadaşovun “Maşın şou”su ilə bağlı o sirrin üstü açıldı: 9 min manat söhbəti…

Jurnalist Ülviyyə Alovlu “Maşın şou”nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib.
Xebervar.net xəbər verir ki, yenicag.az-a açıqlama verən Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.

“Niyə oynamalı idim ki? O bilirdi ki, mən onun müdiri İlkin Həsəniyə söz vermişdim ki, Misgərliyə dəyməyəcəyəm. Biz Həsəni ilə illərdir duz-çörək kəsirik. Mən İlkinlə dostluq edəndə Misgərli restoranlarda klounluq edirdi. 2-3 ildir ki, bu çevrəyə girən adama görə köhnə dostluğu poza bilməzdim. O, bunu bilə-bilə namərdlik etdisə, o demək deyil ki, mən də namərd oyun oynamalı idim. Amma o unutdu ki, həyat bununla bitmir və mənə yaxşı dərs verdi. Dərslərdən biri də o oldu ki, bundan sonra mən belə insanlarla dostluq edə bilmərəm. Açıq bəyan edirəm, artıq “Bozbaş”çıları dost kateqoriyasından kolleqa kateqoriyasına yerləşdirmişəm. Çünki etibardan sui-istifadə edənlər mənə dost ola bilməz.

“Amma bu dueldən imtina etməyini başqa yerə yozanlar da oldu. Sms yarışında ona uduzacağını bilib, oynamadın – dedilər”, sualına isə Ü.Alovlunun cavabı belə olub:

“Bu suala verəcəyim cavab çox danışılacaq. Çünki, əslində, tamaçaşı tv-nin işini bilməməlidir. Amma artıq bu məsələyə aydınlıq gətirmək üçün etiraf etməliyəm. Belə şoularda xalqdan səslər çox cüzi miqdarda gəlir. Əsas səslər isə iştirakçıların ya dostları, ya da özləri tərəfindən verilir. Mən də belə oyunlar üçün yaxınlarımın pul xərcləməsini istəmədim. Çünki səsvermədə qalib gəlmək üçün külli miqdarda pul qoyanlar oldu ki, hələ də o borcu necə verəcəklərini düşünürlər (gülür). Məsələn, elə biri Vüsalə Kərimova. Dediyinə görə, Murad Dadaşovdan Elşad Xoseni “vurmaq” sifarişi alıb. O dueldə Vüsalə həm ona qarşı çıxan Talıba, həm də “sifariş olunmuş” Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, “Maşın şou”da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da, oyundan atdılar da (gülür). O 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da. Tamaşaçı bilsin ki, heç də hər şey tv-də göründüyü kimi deyil. Mən isə heç vaxt belə fitnələrə getməmişəm və getmərəm. Tamaşıçı da açıq-aydın gördü ki, bu mənada ayıq adamam və heç kimə məni öz şousu üçün oyuncaq etməyə imkan vermərəm!!!”

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır