Əli Məsimli: “İnflyasiyanın 2 rəqəmli olmasına səbəb süni qiymət artımıdır”

“Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır”.

Bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib. Deputat deyib ki, növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb: “Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var”.

Ə.Məsimli bildirib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır: “Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarçılıqdır. İnfyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır”. MediaZona.Az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır