RƏSMİ AÇIQLAMA – İşıq pulu 17:00-dan sonra bahalaşacaq

Günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edildikdən sonra qiymətlərin dəyişməsi nəzərdə tutulub.

Bu barədə “kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunur.

Bildirilir ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycanda qiymətlərin gün ərzində differensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir.

Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, “pik yüklənmə” saatlarında (təxminən saat 17:00 – 22:00) isə ən yüksək qiymətə təqdim olunur”, – deyə sənəddə qeyd olunub.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu məsələni şərh edərkən bildirib ki, elektrik enerjisində qiymətlərin dəyişməsi bazarın tələblərindən, alıcılıq qabiliyətindən, eyni zamanda istehsal olunmuş enerjinin maya dəyərindən asılıdır.

“İndi bu barədə danışmaq bir az çətindir. Amma inanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin. Böyük ehtimalla işiğin tarifi qalxacaq. Çünki nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya var, digər sektorlarda, bazarlarda ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır”, – deyə iqtisadçı bildirib.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müddəalar mərhələli şəkildə həyata keçirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın sözlərinə görə, kommunal xidmətlərin inkişafı üzrə icrası bu ilə planlaşdırılan 8 tədbirin mühüm bir hissəsi artıq yekunlaşmaq üzrədir.

“Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatmaqdadır. “Elektroenergetika haqqında” qanun layihəsi və “ İstilik enerjisindən istifadə qaydaları” hazırlanaraq baxılması üçün Nazirlər Kabinetinə göndərilib. “İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun noyabrda yaradılması razılaşdırılıb”, – deyə Z.Əliyeva qeyd etdi.

O bildirdi ki, günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edilməsinə gəlincə, bu il həyata keçirilməsi nəzərdə tutulmasa da 2020-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanda işıq pulu Tarif Şurasının qərarı ilə 2016-cı ilin noyabrında bahalaşıb. Qərara əsasən pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.BAKU.WS

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir