Kamran Əliyev: “Cip-in olmaması standartın pozulması kimi qiymətləndirilmir”

Son günlər sürücülər arasında avtomobilin dövlət nömrə nişanının tez bir zamanda dəyişdirilməsinin vacibliyi barədə xəbərlər yayılıb. Bununla bağlı Avtosfer.az-a da çoxsaylı suallar ünvanlanır. Bildirilir ki, guya Baş Dövlət Yol Polisi İdarəsi (DYP )üzərində cip olmayan, eyni zamanda, bayrağı dalğalı vəziyyətdə olan nömrələrin dəyişdirilməsi, əks halda belə sürücülərin cərimə ediləcəyi barədə göstəriş verib. Lakin Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, cip-i olmayan və ya bayrağı dalğalı olan nömrəyə görə kiminsə cərimə ediləcəyi barədə heç bir göstəriş verilməyib: “Nömrələrlə bağlı konkret olaraq bir müddət əvvəl açıqlama verildi və orada da qeyd olundu ki, yalnız standartların tələblərinə cavab verməyən, xüsusilə defis simvollarının üstü ağardılmış hissələr xüsusi boyalarla rənglənməklə nöqsanlar aradan qaldırılsın. Amma çip dediyimiz elektron daşıyıcının olmaması standartın pozulması halı kimi qiymətləndirilmir. Biz bununla bağlı da dəfələrlə məlumat vermişik ki, kiminsə dövlət qeydiyyat nişanı tam standarta uyğundursa, vacib deyil elektron daşıyıcı var, ya yox, cipi olmayanlar da standarta uyğundur. Sadəcə nə vaxtsa nömrəsini dəyişsə, o halda ona yeni elektron daşıyıcılı nömrə veriləcək. Yaxud, kimsə öz istəyi ilə nömrəni dəyişmək istəyirsə – solub, yararsız hala düşüb, artıq bərpası mümkün deyil – ola bilər kimdəsə nömrənin müəyyən hissəsi qopub, ya harasısa əzilib, başqa boya ilə işıqqaytarıcı hissəyə ağ boya vurub, o halda dəyişə bilər. Amma konkret olaraq çipə və ya bayrağın formasına görə nömrənin dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Kimin nömrəsi standarta uyğundursa, normaldırsa, işıqqaytarıcısı yerindədirsə, əziyi, pozuntusu yoxdursa, bunları dəyişməyə ehtiyac yoxdur.

Biz yalnız ağardılmış defislərin üzərinə xüsusi qara boya çəkib standarta uyğunlaşdırmağa görə xəbərdarlıq etmişik”.

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir