Siyavuş Novruzovdan sərt etiraz: “Deputatların maaşı niyə qaldırılmır?”

“Növbəti ilin büdcəsində dövlət strukturlarında maaşların artırılması nəzərdə tutulsa da, bu, deputatlar üşün nəzərə tutulmayıb. Niyə belə ayrı-seçkilik qoyulur? Büdcədə dövlət strukturlarında çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəsə görüb duranların məvaciblərinin qaldırılması nəzərdə tutulsa da, bu, Milli Məclisdə çalışanlara şamil olunmur”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin ictimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov büdcə müzakirəsi zamanı deyib. O bildirib ki, Milli Məclisin illik büdcəsi cəmi 600-700 min manat civarında artırılır: “Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil. Belə yanaşmaq olmaz. Axı bu gün qaçan da, qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gərir. İstər xarci ölkələr, beynəlxalq təşkilatlar olsun, istərsə də daxildə vətəndaşların problemi olsun”. Komitə sədri qeyd edib ki, parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir: “Xarici dostluq qruplarına Azərbaycan haqqında məlumat verməliyik ya yox? Bu gün ölkəyə qonaqlar dəvət edilir. Səfərlər olur. Beynəlxaql təşkialtlarda Azərbaycaan qarşı hücumların qarşısında deputatalar dayandığı halda, onların niyə maaşı artırılmır?”. S.Novruzov deyib ki, hazırda deputatın maaşı bir rayon məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən azdır: “Bu gün hamı deputataın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onarın üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır. Təkcə deputatların deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır”.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir