İstanbulda tarixi erməni cinayətlərini ifşa edən yazıçının “imza günü” keçirilib

İstanbuldakı TÜYAP sərgi mərkəzində 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türkiyəli tanınmış yazıçı və tərcüməçi Mətin Yıldırımın “imza günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, “imza günü”ndə yazıçının “Taleyimi ermənilər yazdı!” silsiləsindən –“Ölümün əks tərəfi” və “Nora ilə Şir Məhəmməd” əsərləri oxuculara təqdim edilib.

Hər iki əsər Birinci Dünya müharibəsindən sonra erməni silahlı birləşmələrinin Türkiyənin şərqində, indiki İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərində, o cümlədən Azərbaycanın Naxçıvan bölgəsində törətdikləri soyqırımlardan bəhs edir. Müəllif, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, 1918-ci ildə Bakının erməni-daşnak silahlı birləşmələrindən azad olunması məsələlərinə aid tarixi faktları da obrazlı şəkildə oxuculara çatdırır. Yazıçı hər iki əsərdə böyük ədəbi ustalıqla erməni terror təşkilatlarının fəaliyyəti və genişlənməsi, onların sıravi erməniləri öz təsir dairəsində saxlamaq üçün tətbiq etdiyi amansız üsullar, Azərbaycan və türklərə qarşı həyata keçirdikləri hiyləgərlikləri və silahlı cinayətləri incə çalarlarla oxucuya çatdırmağa nail ola bilib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır