Ermənilərin həsəd apardığı general: “Onlar heç vaxt bunu etməzlər”

Xəbər verdiyimiz kimi, erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. Göründüyü kimi, bu fotoda general şəhid anasının əlini öpür. Erməni “facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

General Aydəmirov bildirib ki, düşmən tərəfi bizim hərəkətlərimizi təkrarlamağa çalışır.
Onun sözlərinə görə, erməni generallar heç vaxt belə bir addım ata bilməz və ancaq bizə həsəd apara bilərlər: “Ermənilərdə əsgər anasının əlini öpəcək general yoxdur. Onlar bunu etməzlər. Çünki, onlar öz torpaqları uğrunda vuruşmurlar. Onların əqidəsində bu yoxdur. Ermənistan böyük dövlətlərin müqəvvası, forpostudur. Ermənilər daim həmin dövlətlərin sifarişlərini yerinə yetirib. Tarixən bu belə olub. Necə ola bilər ki, onların generalı hansısa şəhidin anasının əlindən öpsün? Buna onların əqidələri çatmır. Biz ancaq öz torpaqlarımızı işğaldan azad etmək üçün çalışırıq və bu günü səbrsizliklə gözləyirik. Ermənilərin nə əqidəsinə, nə əxlaqına, nə də qayda qanunlarına uyğun olmayan bir haldır”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır