“YouTube Kids” proqramında uşaq profili açmaq mümkün olub

“Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək onu yeni dizayn, geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib. Uşaq profilləri proqramdan istifadə edən hər uşaq üçün fərdi funksiyalara malik xüsusi profillər açmağa imkan verir. Bundan başqa, profillərdən müxtəlif qurğularda yararlanmaq mümkündür. Hazırda profillər açmaq funksiyası Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Hindistan, Qana, Yamayka, Yaponiya, Keniya, Malayziya, Meksika, Nepal, Yeni Zelandiya, Nigeriya, Pakistan, Peru, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Şri-Lanka, Tanzaniya, Uqanda, ABŞ və Zimbabvedə istifadəyə verilib.

Məlumata görə, əlavənin dizaynını istifadəçinin yaşına uyğun adaptasiya etmək olar. Doğum tarixi daxil edildikdən sonra uşaq profilində əlavənin xarici görünüşü dəyişməyə başlayacaq. Azyaşlı istifadəçilər az mətn, nisbətən böyük uşaqlar isə daha çox kontent və mətnli informasiya görə biləcəklər.
“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “YouTube Kids” əlavəsini “App Store” və “Google Play” mağazalarından pulsuz yükləmək mümkündür. “ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən xəbər verir.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir