Qeyri-adi məlumat saxlama üsulu hazırlanıb

Vaşinqton Universitetinin alimlər qrupu qeyri-adi informasiya daşıyıcısı – məlumatları bilavasitə geyimdə daşımağa imkan verəcək “ağıllı parça” yaradıblar. Böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq. Bildirilir ki, bu, məsələn, əvvəllər şəxsiyyəti təsdiq etmək üçün əlavə qurğu və cihazların tətbiq olunduğu məhdud girişli zonalara daxil olmaq üçün faydalı ola bilər. Yeni texnologiya oktyabrın 25-də elmi simpoziumda təqdim edilib.
Layihə rəhbəri, universitetin mühəndis elmləri sahəsi üzrə professoru Şiam Qollakotanın sözlərinə görə, yeni həll informasiyanın oxunması üzrə metodları dəfələrlə ucuzlaşdırmağa imkan verəcək. Bunun üçün yalnız ucuz, eyni zamanda yeni smartfonlarda quraşdırılan adi maqnitometr tələb olunacaq. Alimlər “ağıllı parça”nın hazırlanması ilə yanaşı, eksperimenti dəyişərək məlumatları saxlaya biləcək düymə, zaponka və digər aksessuarların yaradılması üzərində çalışmağı planlaşdırırlar.   “ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən xəbər verir.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir