Son 6 ildə göz xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb-SƏBƏB

Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb. 2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17 636 nəfər, 2015-ci ildə 24 530 nəfər, 2016-cı ildə 26 129 nəfər olub. 2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib.

Azərbaycanda bu xəstəliyin artımı digər yaş kateqoriyaları üzrə də müşahidə edilib. 2010-2016-cı illər ərzində ölkədə 14-29 yaşlı insanlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfəyə yaxın, yaşı 30-dan çox olanlar arasında 1,5 dəfə çoxalıb. 2010-cu ildə ölkədə 14-29 yaşlılar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 8 219 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 14 727, 2016-cı ildə 15 871 nəfər olub. 14-29 yaşlı hər 10 000 nəfər gənc arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 2010-cu ildə 29,1 nəfər, 2015-ci ildə 55,3 nəfər, 2016-cı ildə 60,9 nəfər olub. Ötən illər ərzində göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 30 və yuxarı yaşlı əhali arasında da artıma doğru dəyişib. 2010-cu ildə 30 və yuxarı yaşlı əhali arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 16 749 nəfər olduğu halda, 2015-ci ildə bu rəqəm 23 017, 2016-cı ildə 25 651 nəfər olub. Azərbaycanda 30 və yuxarı yaşlı əhalinin hər 10 000 nəfərinə düşən göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 2010-cu ildə 38,4 nəfər, 2015-ci ildə 46,6 nəfər, 2016-cı ildə 50,5 nəfər olub. Trend.az

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır