İnternetdə tanış olduğu 8 qadını doğradı, parçalarını soyuducuda saxladı – VİDEO

27 yaşlı kişi sosial şəbəkədə tanış olduğu 9 nəfəri doğrayaraq öldürüb. Dəhşətli cinayət Yaponiyanın paytaxtı Tokioda baş verib. 27 yaşlı Takahiro Şiraişi adlı şəxs Twitter-də əlaqə yaratdığı 9 nəfəri doğrayıb. O, parçalanmış cəsədləri soyuducularda saxladığını etiraf edib. Onun 9 qurbanından 8-i qadın olub. Takahiro onları hamamda mişarla doğrayıb və tutulmaqdan qorxduğu üçün cəsəd parçalarını və sümükləri evində saxlayıb. Qatilin evindən 240 insan sümüyü tapılıb. Onun silsilə cinayətinin üstü 23 yaşlı qadının yoxa çıxmasından sonra açılıb. Belə ki, yoxa çıxan qadının qardaşı onun sosial şəbəkə hesablarını araşdırıb. O, cinayətkarla bacısının mesajlarını tapıb. Mesajları görən oğlan dəhşətə gəlib. O, polisə xəbər verib. Qısa müddət sonra cinayətkar tutulub. Polislər onun yaşadığı evə girəndə şoka düşüblər.

Takahiro Shiraishi məhkəmədə cinayətlərini etiraf edib. O, ifadəsində bildirib ki, intihar etmək istəyən, həyatından bezən şəxslərə yardım edib. Takahiro bəzi qurbanlarından bunun müqabilində pul alıb, bəziləri ilə isə cinsi əlaqədə olub. Qeyd edək ki, Takahiro silsilə cinayətləri avqust və sentyabr aylarında törədib. O, ölmək istəyib, amma tək ölməkdən qorxan sosial şəbəkə istifadəçilərini aldadıb, birlikdə öləcəklərini söyləyib, daha sonra isə onları öldürüb. Milli.Az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır