Biz arxayın idik ki, Rafiq əmin əllərdədir-ROZA TAĞIYEVA

“Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir”.

Bunu xalq artisti, məşhur diktor Roza Tağıyeva deyib.

O bildirib ki, Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub:

“Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. AzTV-də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq, güzəştə getməzdi, cəzasını verərdi. Gənclərə qarşı münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi”.

R.Tağıyeva Rafiq Hüseynovla son görüşündən də danışıb: ”

Evinə getmişdik. Həyat yoldaşı Səbinə xanım bizə çox gözəl süfrə açdı, söhbət etdik. Düzdür, xəstəxana ictimai yerdir deyə, yanına getmədim, evdə baş çəkdim. Həm də xəstəxanada Rafiq müəllimi o vəziyyətdə görməyə ürəyim gəlmirdi. Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub. Rafiq müəllimin özünə də demişdim ki, bəxti onda gətirib ki, qarşına Səbinə xanım kimi insan çıxıb. Səbinə onun üçün çox əziyyət çəkdi. Onu hər adam etməzdi. Hətta Rafiqin öz yaşıdı da o fədakarlığı etməzdi, Səbinə etdi. Biz də arxayın idik ki, Rafiq əmin əllərdədir. Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Mən vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik”.

Qeyd edək ki, Roza Tağıyeva Rafiq Hüseynovun ilk həyat yoldaşı olub. Onların Rövşən adlı oğlu 1984-cü ildə 17 yaşında qətlə yetirilib.

Onlar sonradan ayrılıblar. Milli.Az

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır