ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı ilk ittihamları gözləyirlər

“Bütün bu “Rusiya” söhbəti respublikaçıların tarixi Vergi İxtisarları və İslahatlarına təkan verdyi bir vaxt baş verir. Bu təsadüfdürmü? XEYR!”, Tramp Twitter səhifəsində yazıb.

Birləşmiş Ştatların kəşfiyyat agentlikləri yanvar ayında Rusiyanın prezident Donald Trampın demokrat namizəd Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyi haqda nəticə çıxarıb. Kəşfiyyat orqanları Rusiyanın Demokrat partiyasının emaillərinin hakerlər tərəfindən müdaxiləsi nəticəsində ictimaiyyətə açıqlanması və Hillari Klintonun kampaniyasının gözdən salınması məqsədilə sosial mediada təbliğat kampaniyası apardığını bildirib.

Federal Təhqiqatlar Bürosunun (The Federal Bureau of Investigation-FBI-red.) keçmiş direktoru Robert Müller Trampın kampaniya rəsmilərinin Rusiya ilə əlaqələri olub-olmadığını araşdırmaq üçün xüsusi prokuror təyin edilib.

Müllerin təhqiqatı ilə tanış olan şəxslərin bildirdiyinə görə, o, Trampın yardımçıları və xarici hökumətlər arasında əlaqələri araşdırmaq üçün ona verilmiş geniş səlahiyyətlərdən istifadə edib.

Keçən il noyabr ayında prezident seçilmiş respublikaçı Tramp onun kampaniyasının Rusiya ilə əlaqələrinə dair iddiaları rədd edib və təhqiqatı “ifritə ovu adlandırıb”.

Kreml də öz növbəsində bu iddiaları rədd edib.

Müllerin təhqiqatı Trampın özü, ya da onun yardımçılarından hər hansı birinin ədalətin qarşısını almağa çalışıb-çalışmadığını müəyyən etmək səylərini də əhatə edir (“Amerikanın səsi”).

ABŞ-ın kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, federal münsiflər məhkəməsi Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatın gedişində ilk ittihamları təsdiq edib. Vaşinqtonda ilk ittihamların açıqlanması gözlənilən vaxt prezident Tramp təhqiqatları “ifritə ovu” adlandırmağa davam edib.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir