Məşhur köşə yazarı: “Sözün əsl mənasında artıq sosial şəbəkələrdən iyrəndim”

“Sosial şəbəkəsiz həyat superdir. İndi işlərim, uşaqlarım, ailəmlə məşğul ola bilirəm. Kitab oxumağa daha çox vaxt ayırıram”.

Modern.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Zamin Hacı deyib. O, bir müddətdir ki, Facebook-dakı şəxsi hesabını dondurub. Jurnalist bunun səbəblərindən də söz açıb:

“Bir söz var “doymuş məhlul”. Yəni mən artıq Facebook-dan doydum. Ordan nə ala biləcəkdimsə, aldım, nə verə biləcəkdimsə də, verdim. Sosial şəbəkə olaraq Facebook məni bezdirdi. Açığı, bir az da gözümdən düşdü. Yadınızdadırsa, sosial şəbəkələr 2010-2011-ci illərdə çox populyarlaşmışdı və dünyanın müsbətə doğru dəyişilməsi üçün istifadə edilən alət idi. Lakin indi Facebook Tramp kimi adamların seçilməsinə xidmət edir. Kim ki, pulludursa, seçkilərin nəticələrinə təsir edir, saxta profillər yaradır, toyuq fabrikləri açırlar. Bu həm digər ölkələrə, həm də bizim hökümətə aiddir. Sözün əsl mənasında artıq sosial şəbəkələrdən iyrəndim.

Həmçinin? Mark Zuckenbergin hərəkətləri də qıcıqlandırırdı. Nə olsun ki, sənin məkanındır? Bu o demək deyil ki, hər cür axmağa şərait yaratmalısan. Düzdür, bu, bir az ayının meşədən küsməyinə oxşayır. Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur. Facebook-un iki milyarda yaxın üzvü var. Mənim ordan çıxmağım nəsə dəyişmir. Amma dediyim kimi bu, mənim düşüncələrimdir”.

Z.Hacı qeyd edib ki, yenidən hesabını aktiv etmək fikri yoxdur: “Hesabımı qətiyyən aktiv etmək fikrim yoxdur. Hansısa biri başqa adla sosial şəbəkəyə daxil olur, sən isə öz adınla girirsən. Axı bu qeyri-bərabər olur. Mənim 17 min abunəçim, 5000-nə yaxın da dostum var idi. Bunların hərəsi bir şey yazanda məcbursan, kimlərisə blok etməyə. Lakin bunun üçün mənim vaxtım da yoxdur. Ya da imkanım yoxdur ki, bunu etməsi üçün bir adam tutum. Yəni Facebook-da əvvəlki sosiallığı görmürdüm. Əksinə, saxtakarlıq və ikiüzlülük mövcud idi. Bu səbəbdən ora qayıdan deyiləm.

Əvvəldən təkliflər var idi ki, “Twitter” kimi digər sosial şəbəkələrdən istifadə edim. Amma həmin şəbəkələr də eyni xarakteri daşıyır. Onlar da mənə hər hansı fayda verə bilməz. Sosial şəbəkələrin guya ki, xəbər yaymaq baxımından əhəmiyyəti var idi. Amma fikir verirsinizsə, həmin xəbərlərin 99 faizi dezinformasiyadır. Yenə də az-maz etibarı qalan köhnə kütləvi informasiya vasitələridir”.

O, hər kəsə sosial şəbəkələrdən uzaqlaşmağı məsləhət görüb: “Özünə hörmət qoyan hər bir adam oranı tezliklə tərk etməlidir. Sosial şəbəkəsiz həyat superdir. İndi işlərim, uşaqlarım, ailəmlə məşğul ola bilirəm. Kitab oxumağa daha çox vaxt ayırıram. Yəni öz inkişafımla məşğulam. Yaxşı ki, sosial şəbəkədən uzaqlaşmışam və hamıya da məsləhət görürəm. Bircə ay oradan uzaqlaşın və görün nə qədər effektini görəcəksiniz”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır