Təzə Pir məscidinin qarşısında yeni piyada keçidi və avtomobil dayanacağı tikiləcək

“Azəravtoyol” ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda, Təzə Pir məscidinin qarşısında yeni piyada keçidi və avtomobil dayanacağı tikiləcəyi qeyd olunur.

Hesabatda yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq, Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə, Füzuli meydanındakı dairədə nəqliyatın hərəkəti bağlanıb, Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Nəriman Nərimanov və Abdulla Şaiq küçələrinin tamamilə yenidən qurulması imkan verib ki, “Statistika” dairəsi kimi tanıdığımiz, daima avtomobil tıxacları yaranan dairəni ləğv edərək, nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmə də ləğv edilib və bir az irəlidə – Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.

Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12.6 min kv.m sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır