ABŞ-dakı erməni diasporunun ən böyük səhvi-AÇIQLAMA

“ABŞ-ın Helsinki Komissiyasında oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirilən dinləmələrdə qarşıya qoyulan məqsəd bir idi, o da Ermənistanı zərərçəkən tərəf kimi göstərmək və rəsmi İrəvana hazırki administrasiya tərəfindən yardım ayrılmasına nail olmaq idi”. Bunu  açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ABŞ-dakı erməni diasporu Donald Trampın prezident seçilməsindən sonra onun ətrafında özlərinin nümayəndəsinin olmamasından ciddi narahatçılıq keçirirlər: “Trampla işləmədiklərini özlərinin ən böyük səhvi adlandırırlar. İndi isə onlar məsələyə tamam başqa bir yöndən yanaşmağa çalışırlar. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Amerikanın da rolunu nəzərə alaraq Ermənistana yardım artdırmaq, bu ölkə haqqında Trampda müsbət fikir yaratmaqdır. Amma hesab edirəm ki, bütün cəhdlərə baxmayaraq onların istəkləri demək olar ki, alınmadı. Çıxış edənlərin bir qismi əvvəldən Ermənistan mövqeli olsalar da bir qismi problemin olduğunu, BMT Təhlükəsizlik Şurasının qərarlarının olduğunu, problemin artıq uzandığını qeyd edirlər. Hesab edirəm ki, indiki administrasiya problemin ağırlığını onlarsız da kifayət qədər dərk edir. Azərbaycanın səfirlik nümayəndələrinin ABŞ-ın Helsinki Komissiyasında iştirak etməsini və orada mövqe bildirməsini müsbət hal hesab edirəm. Biz öz sözümüzü istənilən auditoriyada deməliyik”.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır