“Qarabağ”–“Çelsi” oyununun biletlərinin qanunsuz satışı ilə bağlı araşdırma aparılır

“Qarabağ”–“Çelsi” oyununun biletlərinin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

Bu barədə açıqlamasında “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Çelsi” ilə Bakıda keçiriləcək matçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə qeyd edib ki, polis əməkdaşları tərəfindən bu barədə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək: “Qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq”.

“iTickets.az” saytından isə oyunun biletlərinin alışı zamanı yaranan çətinliklə bağlı  bildirilib ki, biletlər satışa çıxarıldıqdan dərhal sonra saytda ciddi yüklənmə olub və 25 min nəfərlik onlayn növbə yaranıb: “Nəticədə biletlər növbəli şəkildə satılıb. Həmin vaxt yalnız 75 manatlıq və VİP sektorlar üçün biletlər əlçatan olub”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Çelsi” görüşü saat 21:45-də başlayacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır