Magen David Azərbaycan bəyanat yaydı: Elvin Əliyev hüququn daşıyıcısıdır!

Magen David Azərbaycan – İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin  sədri, Ümumİsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov Vəkillər Kollegiyasının Deontologiya Komitəsinin üzvü, tanınmış vəkil Elvin Əliyevə qarşı aparılan qarayaxma kampaniyası haqda bəyanatla çıxış edib.

Bildirək ki, vəkilə qarşı atılan böhtanla bağlı hüquq-mühafizə orqanlarına müraciətdən sonra onunla bağlı sosial şəbəkələrdə kampaniya daha da şiddətlənib.

Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Təşkilatının bəyanatında isə vəkilə qarşı aparılan kampaniyanın sifarişlə olduğu bildirilir.

Bəyanatı təqdim edirik:

Biz, Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Təşkilatı, hüququn aliliyinə, konstitusiya dəyərlərinə və insan ləyaqətinə əsaslanaraq aşağıdakıları rəsmi şəkildə bəyan edirik:

Vəkillərin İntizam Komissiyasının üzvü, Vəkillər Kollegiyasının Deontologiya Komitəsinin üzvü, Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Təşkilatının Hüquq departamentin rəhbəri  Elvin Əliyev hüququn və şərəfin daşıyıcısıdır.

Elvin Əliyev siyasi sifarişlərin icraçısı deyil, əksinə, vicdanın, şərəfin və hüquqi prinsipiallığın daşıyıcısıdır. O, hüquqi departamentin rəhbəri olaraq təkcə təşkilatın hüquqi müdafiə fəaliyyətinə deyil, həm də Azərbaycan Respublikasında hüququn və ədalətin fəal keşikçisinə çevrilmişdir.

Elvin Əliyev çoxsaylı məhkəmə proseslərində vətəndaş hüquqlarının qorunması, ədalətin bərpası və konstitusiya prinsiplərinin müdafiəsi məqsədilə peşəkar və prinsipial mövqe nümayiş etdirmişdir. Onun fəaliyyəti, hər bir vətəndaşın şərəf və ləyaqətinin toxunulmazlığına dair hüququnun qorunmasına yönəlib.

Elvin Əliyev

Elvin Əliyev eyni zamanda Vəkillər Kollegiyasının Nizam-İntizam Komissiyasının üzvü və vəkillik peşə fəaliyyətinin etik və hüquqi prinsiplərinin fəal müdafiəçisidir. O, vəkil adının hüquqi və mənəvi məsuliyyətini daşıyan şəxslərdən biridir və peşə etikasının qorunmasına töhfə verir.

Elvin Əliyev hüquqi fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, qanunun aliliyinin təmin olunması və Konstitusiyanın prinsiplərinə sadiqlik kimi ali hədəflərə xidmət edir. Onun fəaliyyəti hüququn sadəcə texniki alət deyil, həm də dövlətin mənəvi dayağı olduğunu sübut edir.

Hüquq siyasi sifarişlərə qarşıdır – Azərbaycan hüquqi dövlətdir!

Bir daha qətiyyətlə bəyan edirik:

Azərbaycan Respublikasının qanunları fəaliyyətsiz və simvolik deyil – onlar real hüquqi qüvvəyə malikdir və ədalət prinsiplərinə əsaslanır.

Azərbaycan dövləti və dövlətçiliyi Konstitusiyaya və hüquqa xidmət edir.

Qanunların tətbiqi – yəni hüquqi qiymətləndirmənin aparılması və məhkəməyə verilmə prosesi – dövlətin hüquq normalarına əsaslanaraq öz funksiyasını yerinə yetirməsidir. Bu heç bir halda “siyasi sifariş” kimi təqdim oluna bilməz. Çünki nə sübut var, nə fakta əsas, nə də hüquqi dayaq.

Peşəkar hüquq müdafiəçisi, vəkil və hüquqşünas yalnız və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə və sübutlara əsaslanmalıdır.

Heç bir hüquqi əsas olmadan Elvin Əliyevin öz hüquqlarını, şərəf və ləyaqətini və peşə nüfuzunu qorumağa yönəlmiş fəaliyyəti “siyasi sifariş” adlandırıla bilməz.

Bu, hüququn mənəvi nüvəsinə, hüquq müdafiəçiliyi etikasına və vəkillik peşəsinin prinsiplərinə ziddir.

Yekun olaraq bildiririk ki, Elvin Əliyev yalnız bir vəkil deyil. O, qanunun aliliyini peşəsində yaşadan, insan hüquqlarını fəal qoruyan, dövlətin hüquqi sütunlarını möhkəmləndirən bir hüquqşünasdır. Onun fəaliyyəti sübut edir ki:

Hüquq, heç vaxt siyasi manipulyasiyaya tabe olmur.

Hüquq – faktla danışar, sübutla hərəkət edər, ədalətlə qərar verər.

Peşəkar vəkil – susmaz, qorxmaz, haqqın yanında durmağı şərəf bilər”.

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır