Millət vəkili Sahib Alıyev – Ölkəmizi “sevənlər”…..

 

Ölkəmizi təqribən hay hərbi xuntasındakılar qədər, bəlkə də onlardan da çox “sevən” Rusiya parlamentinin deputatı Konstantin Zatulin dünən “Pravda.ru” ya verdiyi açıqlamada keçmiş SSRİ respublikaları içərisində yalnız Azərbaycanın 1990-ci ildəkindən daha yüksək gösəircilər əldə etdiyini bildirib.

Azərbaycanın nə özünü, nə də müstəqilliyini gözü götürən birisinin Müstəqillik Günümüzdə belə bir etirafda bulunmasında rəmzlik də var, deyilmi? Yeri gəlmişkən, həmən bu tip eyni gündə Ermənistan saytlarından birinə Cenevrə görüşünü şərh edrəkən bildirib ki, Rusiya Dağlıq Qarabağ məsələsində heç vaxt Ermənistanın maraqlarına uyğun gəlməyən addım atmayacaq.

Əslində isə Rusiyanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe yalnız və yalnız zatulinlərin maraqlarına uyğundur, Ermənistanın deyil. Dağlıq Qarabağdakı ermənilərin isə, heç cür maraqlarına cavab verə bilməz. Çünki elə Zatulinin özünün dediyi kimi əgər SSRİ dağılandan sonra onun tərkibində olmuş respublikalar içərisində o zamankından daha yüksək nəticə əldə edən yeganə dövlət Azərbaycandırsa, onda hazırda Dağlıq Qarabağda yaşayanlar digər vətəndaşlarından fərqli olaraq bunun müsbət təsirini öz üzərlərində hiss etmirlər. Əksinə. Ermənistana gəldikdə, bir sıra ekspertlərinin dediklərinə görə, onların öz ölkələri də, de-fakto Rusiyanın işğalı altındadır. Bu hayların fikridir, lakin indi Ermənistanın keçmiş SSRİ dönəmindəkindən xeyli pis durumda olmasıyla yanaşı, paradoksal da görünsə, o zamandakından daha az müstəqilliyi faktdır. Elə həmən zatulinlərin özləri də onu forpost adlandırmırlarmı? Dağlıq Qarabağdakı uydurma rejimdən isə, belədə heç danışmağa dəyməz.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır