Kseniya Sobçak prezident olmaq istəyir

“RİA Novosti”-nin xəbərinə görə, teleaparıcı Kseniya Sobçak 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini verəcəyini bəyan edib. KİV-lərə müraciət edərək: -“Mənim adım Kseniya Sobçakdır. Mən Rusiya prezidentliyinə namizədliyimi irəli sürürəm”-deyən Sobçakın açıq məktubunu, “Vedomosti” qəzeti çap edib. “Mən- hamiya qarşı namizədəm”-deyən aparıcının noyabrın 5-də 36 yaşı tamam olacaq.

O, video müraciətində hamını səsverməyə çağırıb. Bəzi siyasi dairələrin seçkiləri baykot etməyə çağırışıına Sobçak münasibətətini belə bildirib: “Əgər seçki keçirilməzsə, o zaman kiminsə buna qarşı olduğu nədən bilinəcək? Səsinizin eşidilməsi üçün nə edilməlidir?

Təbliğat üçün maliyyəni Sobçak elitadan toplamağı nəzərdə tutub. Onun sözlərinə görə, cəmiyyətin bütün təbəqələrinin narazılığı özünü göstərəcək. Eyni zamanda qeyd edib ki, sərt ideoloji çərçivədən kənardadır, konkret heç bir partiyaya mənsub deyil, heç bir partiya və qrupla əlaqəsi yoxdur, lakin bütün siyasi qüvvələrlə məsləhətləşməyə hazırdır. Onun fikrincə, seçkidə iştirakı seçicilərin və rusiya siyasi sisteminin xeyrinə olacaq.

Oktyabrın 24-də Moskvada keçiriləcək mətbuat konfransında bütün suallara cavablandıracağını bildirib.

KİV əvvəllər də Sobçakın namizəd olacağı barədə yazmışdı. Dövlət başçısıın mətbuat katibi Dmitri Peskov, bu xəbərləri şərh edərək deyib ki, “Kseniya Sobçak Konstitusiya qanunlarına uyğun hərəkət edir və prezident ola bilər”. Peskov onu da qeyd edib ki, Sobçakın siyasi baxışları hələki məlum deyil. O üzdən də siyasi təcrübəyə sıfırdan başlamalı olacaq. “Dojd” telekanalına danışan Peskov: ” Siyasət jurnalistikadan qətiyyətlə fərqlənir, bu tamamilə başqa substansiyadır”-deyə sözünü tamamlayıb.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

 

Телеведущая Ксения Собчак во время церемонии закрытия междунарoдного конкурса Новая Волна - 2011

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır