Ukrayna ABŞ-dan 1,35 milyard dollar həcmində qrant alıb

Ukrayna ABŞ-dan 1,35 milyard dollar həcmində qrant alıb. Kiyev, həmçinin “maliyyə resurslarını səfərbər etmək” üçün Qərb tərəfdaşları ilə çalışmaları davam etdirmək niyyətindədir.

Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə sosial media şəbəkəsində yazıb.

“ABŞ Ukraynaya 1,35 milyard dollar həcmində qrant təqdim edib. Biz bu vəsaiti humanitar və sosial proqramlara yönəldirik”, – deyə Denis Şmıqal bildirib. Onun sözlərinə görə, Vaşinqton bu qrantı Kiyevə Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə verib. Beləliklə, 2022-ci ilin fevralından bəri Qərbin Ukraynaya maliyyə yardımının həcmi ümumilikdə 100 milyard dolları ötüb.

“Hökumətimiz cari və gələn il lazımi maliyyə resurslarını səfərbər etmək üçün müttəfiqlərlə işləri davam etdirir”, – deyə Baş nazir əlavə edib.

“Politico” nəşrinin məlumatına görə, səlahiyyət müddəti başa çatmaq üzrə olan Cozef Bayden administrasiyası Konqresin Kiyev üçün ayırdığı 6 milyard dolları Donald Trampın andiçmə mərasiminədək Ukraynaya yönəltməyi planlaşdırır.

Ali Rada Ağ evin yardımı sürətləndirmək cəhdlərini həyəcan siqnalı kimi qiymətləndirib, belə ki, Trampın andiçmə mərasimindən sonra vəziyyət kəskin şəkildə dəyişə bilər.

Kiyev dəfələrlə etiraf edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə xərclərini ödəyə bilir və digər sahələr müttəfiqlərinin köməyilə maliyyələşir. Hökumət 2025-ci il üçün büdcə layihəsini 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsirlə Radaya göndərib. Qərb tərəfdaşları isə Kiyevə özünü maliyyələşdirmək imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı tövsiyə edir.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır