Avtosalonların əksəriyyəti təhlükə mənbəyidir

Dəfələrlə mətbuatda, sosial şəbəkələrdə müxtəlif fövqəladə hadisələrlə bağlı məlumatlar dərc olunur. Bu hadisələr içərisində yanğın halları üstünlük təşkil edir. Əhali arasında mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər keçirilsə də, təhlükəsizlik tələblərinə əməl etməyənlər hələ də tapılır. İstər şəxsi mülkiyyət, istərsə də dövlət müəssisələri arasında belə müəssisələrə təssüf ki, hələ də rast gəlinir. Görünür, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,2224-cü məhəllə, Babək prospekti 35 C ünvanında yerləşən  6 mərtəbəli avtosalon da bu obyektlərdəndir. Belə olmasaydı, obyektdə çoxsaylı qüsurlar olmazdı. Əlbəttə qüsur, problem hər yerdə, hər sahədə var. Lakin aşağıda sadalayacağımız hallara qətiyyən göz yummaq olmaz. Çünki, bütün hadisələrin sonunda insan faktoru, insan taleyi var. Yeni fəaliyyətə başlayan bu obyektdə külli miqdarda avtomobil saxlanılması və insanların toplaşması yanğın tələblərinə əməl olunmaması riskini artırmış olur.

Avtosalon kimi fəaliyyət göstərən 6 mərtəbəli obyektdı yanğın təhlükəsizliyi tələblərinə riayət edilmədiyi məzərə çarpır. Cox saylı elektrik işıqlandırıcılardan istifadə olunur. Obyektin daxilində yanğından mühafizə qurğuları nəzərə çarpmır, avto salonda yanğın baş verə biləcəyi təqdirdə avtomobillərin necə xilas olunacağı sual altında qalır. Qonşu obyektlə məsafə gözlənilməyib. Ərazi zibil tullantıları ilə doludur və bu zibil tullantıları hər an alışıb yanğın törədə bilər. Görəsən bu obyektin müvafiq orqanlarla razılaşdırılması necə həyata keçirilib, təhlükəsizlik tələbləri hansı formada nəzərə alınıb. Bu faktlar görünən faktlardır. Dərindən araşdırılma aparılarsa, yəqin ki, daha əsaslı faktlar üzə çıxacaq.Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Yəqin ki, bu əraziyə də baxış keçirilər və baş verə biləcək hər hansı bir yanğın və faciənin qarşısı zamanında alınar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır