Polis “Telegram” barəsində istintaqa start verib

Cənubi Koreya polisi “Telegram” sosial şəbəkəsi barəsində istintaqa start verib. Belə ki, messencer koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinir. Cənubi Koreya polisi istintaqa bu mövzu ətrafında “Telegram” barəsində olmuş çoxlu sayda şikayətlərdən sonra start verib. İstintaq deepfake texnologiyası vasitəsilə yaradılan pornoqrafik məzmunlu saxta foto və videoların yayılma hallarının çoxalması səbəbilə adi vətəndaşların və siyasətçilərin narazılıqları fonunda başlayıb.

Cənubi Koreyanın yerli kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən bu cür saxta materiallar əsasən Telegram üzərindən yayılırlar. Milli Polis İdarəsinin rəhbəri Cho Ji-ho hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, polis departamenti konfidensial yazışmalar xidmətini təmin edən kommunikasiya servislərinin sahiblərini cinayətlərin yerinə yetirilməsində iştiraka görə məsuliyyətə cəlb etmə imkanını nəzərdən keçirir.

Qeyd etmək lazımdır ki, Cənubi Koreyada start götürmüş istintaq Fransa hökuməti tərəfindən “Telegram”-ın yaradıcısı Pavel Durov-a qarşı aparılan istintaq ilə üst-üstə düşüb. Personal məlumatların qorunması sahəsində fəaliyyət göstərən “Security Hero” adlı ABŞ startapının məlumatlarına əsasən, Cənubi Koreya deepfake-lərin istifadəsi ilə ən çox kiberhücuma məruz qalan ölkədir. Statistikaya əsasən Cənubi Koreyada pornoqrafik məzmunlu kontentlərin qurbanlarına çevrilmiş şəxslərin 53%-ni müğənnilər və aktrisalar təşkil edirlər. Ölkə polisinin  məlumatına əsasən, bu il deepfake-lər ilə bağlı cinayət hallarının sayı 297-ə yüksəlib. 2021-ci ildə bu göstərici 156 idi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır