Rusiya-ABŞ arasında tarixi məhbus MÜBADİLƏSİ – Vasitəçi Türkiyədir

Rusiya mübadilə çərçivəsində müxalif məhbus Vladimir Kara-Murzanı da azad edəcək.

Bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan avropalı məmura istinadən yazıb.

CNN həmçinin bildirir ki, məhbus mübadiləsi prosesi artıq başlayıb – sövdələşmənin miqyasına görə kanal bunu “tarixi mübadilə” adlandırıb, lakin mübadilə iştirakçılarının mümkün sayı barədə ətraflı məlumat verilmir.

“İhlas” agentliyi mübadilənin Türkiyənin vasitəçiliyi ilə Ankarada baş tutduğunu yazıb. Koordinasiyanı Milli Kəşfiyyat Təşkilatı (MİT) həyata keçirir. Proses Ankaradakı “Esenboğa” hava limanında davam edir.

CBS telekanalının məlumatına görə, Rusiya mübadilə çərçivəsində ən azı 12 siyasi məhbusu təhvil verə bilər. Telekanal iddia edir ki, məhbuslar Almaniyaya aparılacaq.

Məlumatda bildirilir ki, Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslər də daxil olmaqla 8 nəfər Rusiyaya qayıdacaq. Onların arasında Berlində keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Vadim Krasikov da var.

“The İnsider”ə görə, Rusiya Qərb ölkələrinə aşağıdakı şəxsləri təhvil verəcək:

– Evan Gerşkoviç,

– Vladimir Kara-Murza,

– Liliya Çanışeva,

– İlya Yaşin,

– Kseniya Fadeeva,

– Andrey Pivovarov,

– Pol Uilan

-Alsu Kurmaşeva,

– Oleq Orlov,

– Saşa Skoçilenko,

– Diter Voronin,

– Kevin Lik

– Riko Krieger

– Patrik Şobel

– Herman Moyjes,

– Vadim Ostanin.

Və əvəzində Qərb ölkələri Rusiyaya təhvil verəcək:

– Vadim Krasikov (Almaniya)

– Artem Dultsev (Sloveniyadan),

– Anna Dultseva (Sloveniyadan),

– Mixail Mikuşin (Norveçdən),

– Pavel Rubtsov (Polşadan),

– Roman Seleznev (ABŞ-dan),

– Vladislav Klyuşin (ABŞ-dan),

– Vadim Konoşenko (ABŞ-dan).

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır