Hidayət Heydərov: Fransalılar yenidən Azərbaycan Himnini ayaq üstə dinləməli olacaqlar

“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında da uğurlu nəticə qazanmaq istəyirəm.

Bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Yarımfinala və finala vəsiqə qazanan zaman sosial şəbəkələrdə mənə olan şərhləri oxudum. Çox xoşbəxt oldum. Həm Parisdə, həm də televiziya önündə yaxınlarım görüşümü izləyirdi. Biz hər zaman qalib gələcəyik. Çünki qalib xalqın övladıyıq. Yaşasın Vətənimiz!”.

İdmançımız final görüşü barədə də danışıb: “Rəqib ev sahibi olduğu üçün ona dəstək çox idi. Arenadakılar qışqırdıqca, mən də qarşımdakına qışqırırdım. Bir dəfə Fransanın Monpelye şəhərində Avropa çempionu olmuşam. Yenidən fransızlar Azərbaycan Himnini ayaq üstə dinləməli olacaqlar”.

Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan Benjamen Qabanı məğlub edərək Olimpiya çempionu olub.

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir