İranın yeni prezidenti Məsud Pezeşkian and içib

İyulun 30-da İran parlamentində bir çox xarici dövlət rəsmilərinin iştirakı ilə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirlib.
“Mehr” Agentliyi xəbər verir ki, mərasimə 600-ə yaxın xarici və iranlı jurnalist buraxılıb.
Tədbirdə70-dən çox xarici nümayəndə, o cümlədən dövlət rəsmiləri iştirak edib.
Parlamentin sədri Məhəmməd Bağer Qalibaf mərasimin əvvəlində çıxış etdikdən sonra 69 yaşlı Pezeşkian müqəddəs Qurana and içib.
Konstitusiyanın 121-ci maddəsinə əsasən and içən Pezeçkian bildirib ki, üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün bütün istedad və bacarığından istifadə edəcək.
“Prezident kimi “Qurani-Kərim” və İran xalqı qarşısında uca Allaha and içirəm ki, İslam Respublikasının rəsmi din və quruluşunun və ölkə Konstitusiyasının keşikçisi olacağam və bütün istedad və bacarıqlarımı üzərimə götürdüyüm vəzifələri yerinə yetirmək üçün sərf edəcəyəm. Özümü xalqa xidmət etməyə və ölkəni yüksəltməyə, dini və əxlaqı təbliğ etməyə, haqqı dəstəkləməyə, ədaləti genişləndirməyə, fərdlərin azadlıq və ləyaqətini və Konstitusiyanın millət üçün tanıdığı hüquqları dəstəkləməyə həsr edəcəyəm.
Sərhədlərin və ölkənin siyasi, iqtisadi və mədəni müstəqilliyinin qorunmasında heç bir addım atmaqdan çəkinməyəcəyəm…”, – Pezeşkian deyib.

İranın yeni prezidentinin andiçmə mərasimindən sonra etimad səsverməsi üçün parlamentə öz kabinetini təqdim etmək üçün 15 gün vaxtı var.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir