Sığorta şirkətləri özlərindən başlamalıdır

Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 3-də (yeni 21) yerləşən  “A group” sığorta sirkətinin yerləşdiyi bina gözəl arxitekturasına görə, ilk baxışdan diqqəti cəlb edir.  Həqiqətən gözəl binadır. Həm də yerləşdiyi yer şəhərin mərkəzində və görməli yerlərindən biridir. Adından göründüyü kimi, burada müxtəlif sığorta işləri və əməliyyatları həyata keçirilir.  Çox gözəl və əhəmiyyətli bir missiyadır.  Bəs gəlin görək, insanlara xidmət edən bu sığorta  şirkəti özünü  hər hansı bir təhlükədən sığortalayıbmı?

Düşündürücü sualdır.  Özünü hər hansı bir təhlükədən qoruya bilməyən müəssisə  hansı təhlükədən insanları sığortalaya bilər?  Yəqin ki, tədbirli olarlar. Amma suallar yaranır və siz də o suallarla tanış olun.

Əvvəla, sığorta obyekti avtomatik yanğın xəbərverici siqnalizasiya sistgemləri ilə təmin olunmayıb.  Yanğın zamanı insanların köçürülməsinə kömək edən qurğular, yanğınsöndürmə qurğuları mövcud deyil.

Obyektin daxilinə çəkilmiş elektrik xətləri normativ sənədlərin tələblərinə uyğyn şəkildə quraşdırılmayıb.

Obyektin daxilində od söndürən balonların, ilkin yanğınsöndürmə ləvazimatların sayı yetərincə deyil.

Şirkətin təmiri  və yenidənqurulma işləri zamanı hər hansı bir artırma işləri həyata keçirilibsə, hal-hazırki istismarnda müvafiq icra hakimiyyəti qurumları və Fövqəladə  Hallar Nazirliyindən istismarının razılaşdırılması haqda sənədləri varmı?

Yanğın zamanı insanların təhlükəsiz yerlərə köçürülməsi üçün təxliyə yolları normativ sənədlərin tələblərinə  uyğun deyil.  Təxliyə yollarının uzunluğu, təxliyə planı qənaətbəxş deyil.

Altımərtəbəli binada lift qurğusu mövcuddur. Bu lift qurğusunun şaxtası Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılıbmı? Liftin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyası necə?

Bütün bunlar əlbəttə düşündürücü suallardır.  Çünki insanların həyatını, mülkünü sığortalayan sığorta şirkəti ilk növbədə özündən başlamalıdır.  Yəqin ki, yuxarıda sadalananları şirkət vaxtında nəzərə alıb. Əks halda, insanların belə şirkətlərə inamı azala bilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

Səbail rayonu Azadlıq prospekti 3 (yeni 21) A group sığorta sirkətiSəbail rayonu

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır