Məhkəmələrə hakimlər təyin edilib – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslər məhkəmə sədri, məhkəmənin kollegiya sədri və birinci instansiya məhkəməsinin hakimi təyin ediliblər:

Apellyasiya instansiyası məhkəmələri üzrə:

Toğrul Məhəmməd oğlu Əli Gəncə Apellyasiya Məhkəməsinin sədri;

Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

Səxavət Şahhüseyn oğlu Bəylərli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri;

Əli Kərim oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri;

Mirzə Nəsib oğlu Tağızadə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri;

Məhəmmədəli Əsəd oğlu Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;

Ayaz Akif oğlu Mahmudov Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.

Ağır cinayətlər məhkəmələri üzrə:

Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

İnzibati məhkəmələr üzrə:

Rüstəm Lətif oğlu Kərimli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib.

Kommersiya məhkəmələri üzrə:

İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.

hərbi məhkəmələr üzrə:

Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri;

Zeynal Qurban oğlu Ağayev Bakı Hərbi Məhkəməsinin sədri təyin edilib.

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Mehrab Fərmayıl oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri;

Zülfüqar Əziz oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri;

Gülnar Xanlar qızı Səfərəliyeva Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri;

Hüseyn Nadir oğlu Zülfüqarov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri təyin edilib;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Anar Vəzir oğlu Tanrıverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri;

Lətifə Məhyəddin qızı Məmmədova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.

Rayon (şəhər) məhkəmələri üzrə:

Məhəmməd Ənvər oğlu Bağırov Ağdaş Rayon Məhkəməsinin hakimi və sədri;

Rəfayil Əfraddin oğlu Əliyev Biləsuvar Rayon Məhkəməsinin sədri;

Kənan Hafiz oğlu Vəliyev Gəncə Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Daşkəsən Rayon Məhkəməsinin hakimi və sədri;

Rəşad Mustafa oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi və sədri;

Günel Bəkir qızı Əkbərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri;

İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri;

Zaur Rafiq oğlu Pirverdiyev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək İmişli Rayon Məhkəməsinin hakimi və sədri;

Abbas Baba oğlu Əliyev Qəbələ Rayon Məhkəməsinin sədri;

İxtiyar Əliyar oğlu Abuşov Saatlı Rayon Məhkəməsinin sədri;

Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri;

Zaur Mirzağa oğlu Allahyarov Şəmkir Rayon Məhkəməsinin hakimi və sədri;

Rəşad Azad oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yardımlı Rayon Məhkəməsinin hakimi və sədri;

Ədil İsa oğlu Məmmədov Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır