Yeraltı ticarət obyektləri hansı təhlükədən xəbər verir – FOTOLAR

Şəhərimiz günü-gündən böyüyür, gözəlləşir. Yeni yaşayış binaları, iaşə obyektləri, ticarət və sağlamlıq mərkəzləri getdikcə çoxalır, şəhər sakinlərinin ixtiyarına verilən parkların sayı artır.Təbii ki,qeyd olunan bu obyektlər insanların rahatlığına hesablanıb. Hər gün sadalanan yerlərə yüzlərlə insan axını var. Kimisi istirahət, kimisi alış-veriş və başqa məqsədlər üçün bu yerlərə baş çəkir. Bütün bunlar əlbəttə müsbət və ürəkaçandır.

Bəs insanların təhlükəsizliyi məsələsi hər yerdə yüksək səviyyədədirmi?  Hansı obyektlərdə təhlükəsizlik qaydaları tələb olunan normalara cavab verir?  Bəs hansı obyektlərdə vəziyyət acınacaqlıdır?

Müqayisə üçün qeyd edək ki, şəhərin müxtəlif ünvanlarında yerləşən, beynəlxalq standartlara cavab verən ticarət mərkəzlərində vəziyyət qənaətbəxşdir. Bu mərkəzlərdə insanlar üçün bütün şərait var. Mərkəzlərdə fəaliyyət göstərən mağaza,kafe və restoranlar, yeraltı parkinqlər təhlükəsizlik tələblərinə yüksək səviyyədə cavab verir.

Lakin yolunuz təsadüfən yeraltı keçidlərdəki alış-veriş yerlərinə düşsə, təhlükəsizlik sözünün heç “t” hərfinin olmadığını görəcəksiniz. Şəhərin tam mərkəzində Füzuli küçəsi 1 ünvandakı yerləşən “Beşmərtəbə” kimi tanıdığımız yeraltı keçiddə siqnalizasiya sistemləri köhnədir. Yəni yararsızdır,işləmir. Elektrik xətləri necə gəldi çəkilib, calaqlar həddindən artıq çoxdur. Elektrik kabel və naqillərin profilaktik baxışı keçirilməyib,naqillər pərakəndə şəkildədir. Daxili yanğın su kranları var, lakin heç bir lazımi avadanlıqlarla təmin olunmayıb. Tüstü sovurma sistemi  yerli-dibli nəzərdə tutulmayıb. Keçiddəki mağazalar üzbəüz və bir-birinə bitişikdir. Bu mağazaları bir-birindən ayıran arakəsmələrin əksəriyyəti plastik və alkopondur. Onların da arasından naqillər keçir. İndi kiçik bir qığılcımın hansı fəsadlardan və faciələrdən xəbər verdiyini təsəvvür edin. Piyadalar üçün nəzərdə tutulan bu yeraltı keçiddə gediş-gəliş müşkülə çevrilib. Mağazalar yolu daraldıb, hələ mağazaların önünə düzülən mallar keçidin yolunu ensiz cığıra döndərib.  Ən qəribəsi də budur ki, öz torpaq sahələrində ev tikən insanlar evlərinə qanunla nəzərdə tutulan çıxarışı ala bilmirlər, amma buradakı onlarla mağazaların demək olar hamısı özəlləşib.

28 May metrosu qarşısındakı Cəfər Cabbarlı meydanındakı yeraltı keçiddə vəziyyət yuxarıda adıçəkilən yeraltı keçiddən nisbətən yaxşıdır. Burada heç olmasa siqnalizasiya sistemi çalışır. Bəs tüstüsovurma qurğusu necə? Yeraltı keçid yanğın təhlükəsinə cavab verirmi? Çünki burada da elektrik naqilləri təhlükəli vəziyyətdədir.

Yuxarıda göstərilən faktlar inanırıq ki, əlaqədar qurumları hərəkətə gətirəcək. Çünki söhbət insan faktorundan gedir. İnsanların təhlükəsizliyi isə, şəxsi maraqlardan üstün tutulmalıdır!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

 

 

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır