“Love City”-də təhlükəsizlik qaydalarına əməl olunmur

Bakı şəhərinin mərkəzində Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 18 ünvanda yerləşən “Love City” kafesi müştərilərin çox olduğu bir obyektdir. Gün ərzində buraya saysız-hesabsız insanlar gəlir, günün müəyyən hissəsini burada keçirirlər. Əlbəttə gələnləri ilk olaraq, kafenin onlara təqdim etdiyi çeşidli təamlar maraqlandırır. Digər məsələlər, yəni təhlükəsizliklə bağlı hər nə varsa yeməkdən sonrakı plana keçir. Gəlin razılaşaq ki, təhlükəsizlik qaydalarına diqqət öndə olmalıdır. Belə olduqda nə bədbəxt hadisə, nə də zərərçəkən olmaz.

İndi baxaq görək burada təhlükəsilik qaydalarına əməl olunurnu? Elektrik təsərrüfatı  qüvvədə olan normalara uyğun istismar olunurmu?

Daha sonra, döşəmə, tavan, təxliyə yolları sintetik, alışmaya çox həssas materiallarla üzlənib. Müşahidə etdiyimiz bu çatışmazlıqlar çox böyük təhlükələrdən xəbər verir. Görəsən kafe sahibi ötən dövr ərzində obyektində baş vermiş yanğın hadisəsindən, o cümlədən digər hadisələrdən niyə nəticə çıxarmadı?  Ümumiyyətlə müxtəlif vaxtlarda paytaxtın, eləcə də şəhərdən kənarda yerləşən bəzi iaşə müəssisələrində baş verən və onlarla can alan bədbəxt hadisələrdən ibrət almadımı?  Yoxsa yalnız qazanc əldə etmək kafe sahibinin gözünü möhkəm bağlayıb?  Təhlükə mənbəyi olan belə kafelərə müştəri qismində gələn insanların həyatı ilə oynayan belə səriştəsiz obyekt sahiblərinə kim ixtiyar verib?

Hər halda sadalananlar faktdır! Faktlar isə, dərin araşdırmalar üçündür….Son sözü isə, əlaqədar təşkilatlar deyəcək. O, təşkilatlar lazımi ölçüləri mütləq qısa zaman ərzində araşdıraraq, elə lazımı addımları da atacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

 

 

 

 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır