NATO-ya üzv olan bir sıra ölkələr hərbi xərclərini artırıb

NATO-ya üzv olan Avropa ölkələri və Kanada son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən öncə keçirilən mətbuat konfransında deyib.

“Alyansa daxil olan Avropa ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb. Ötən il biz rekord həcmdə – 11 faizlik artım müşahidə etmişik. Bu il 18 müttəfiqin hərbi xərclərinin ümumdaxili məhsullarının 2 faizinə çatacağını gözləyirik”, – deyə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv Avropa ölkələri 2024-cü ildə müdafiə sahəsinə 380 milyard dollar xərcləyəcək.

“2024-cü ildə Avropadakı müttəfiqlərimizin müdafiə sahəsinə ayıracağı vəsait ilk dəfə onların ÜDM-nin 3 faizini təşkil edəcək. NATO-nun digər ölkələri də bu yolla getməlidir”, – deyə Baş katib əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır