Yəmən mətbuatında Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub

Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub.

Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə oxucuların diqqətinə çatdırılır ki, növbədənkənar Prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə başlatdığı 44 günlük Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyü tam təmin edildiyi şəraitdə baş tutacaq.

“2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik işğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmləndi”, -deyə yazıda qeyd olunur.

Məqalədə diqqətə çatdırılır ki, seçkilərdə 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaq.

Yazıda vurğulanır ki, növbədənkənar Prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə başlayacağı gözlənilir.

Məqalədə, həmçinin növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə, o cümlədən ərəb dövlətlərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması barədə də məlumat verilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir