Əlvida sənətkar!- Əməkdar artist AYGÜN BƏYLƏRin son gedişinə ELEGİYA

Yəqin sizdə də belədir: bir  insan dünyasını dəyişdikdə o  insandan ötrü adama qəribə bir darıxmaq hissi gəlir. O hiss ondan ötrü yaranır ki, biz bir daha o insanı görməyəcəyik. Köçüb gedən şəxs valideyndirsə, onunla bir daha zarafatlaşa, hətta sözləşə bilməyəcəksən,  qonşundursai, onunla bir daha salamlaşa bilməyəcəksən, yox,  ölüb gedən dostdursa bilirsən ki, onunla daha heç vaxt nə  bir süfrədə otura, nə  də  yeri gələndə dərdləşə  bilməyəcəksən. Adamı  məhv edən də  elə budur… “daha”, “heç vaxt”, “əbədi”, “əlvida” kimi sözlərdir… İnsanı dəniztək boşluğa atıb, bu sözlərdə boğulmağa məhkum edir sanki. Sizə qəribə gələ bilər, amma Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərində Feyzulla baba obrazının ölümü belə məni təsirləndirmişdi.  Müəllif o hissi oxucuya o qədər gözəl ötürüb ki, məncə, o hissi yaşamadan qarşı tərəfə sözlərlə heç bir zaman ötürə bilmərsən.
Dünəndən hər kəs sosial şəbəkələrdə “Tut ağacı” mahnısını  dayanmadan paylaşır. Bu mahnını paylaşmaqda elə “bir daha”, “heç vaxt” sözlərindən irəli gəlir. Bəli, Aygün artıq heç vaxt öz titrək, qan donduracaq, qulaqlarımızın pasını atacaq, iliyimizə kimi işləyəcək mahnılarını  oxuya bilməyəcək. Sözüm “biz sənət göstəririk, deyə açıq-saçıq geyinməliyik deyən” məşhurlaradır..Aygün fonoqrama ilə oxumağı sevmədi. Hər zaman sənətini canlı göstərməyi üstün tutdu. Soyunmadı, qalmaqala bir o qədər qoşulmadı. Tonlarla üzərinə makyaj çəkmədi, ağarmış saçlarına belə sığal çəkməyi sevmədi. Elə hər zaman yaratdığı kişi obrazıyla  sənət göstərib xalqın sevimlisinə çevrildi, əsl incəsənət göstərdi, əbədiyyən yaddaşlarda qaldı.
İnanmıram ki, onun “Tut ağacı” mahnısına qulaq asanlar, klipinə baxanlar uşaqlığına qayıdıb, kədərlənməsin.
Təəssüf ki, Aygünü də, onun etdiklərini də artıq keçmiş zamanda işlətməli olacağıq. Yaradacılığına uzun müddət ara verən sənətçi, bir neçə gün öncə son dəfə dinləyəcisinin qarşısına çıxıb, son dəfə sənət göstərdi. Məncə o hər şeydən xəbərdar idi.Gedərayaq sadəcə bizlərin niskilini azaltmaq üçün bunu etdi.
Aygün Bəylər Azərbaycan mədəniyyətinə elə bir tut ağacı əkdi ki, 100 il sonra da millətimiz həmin ağacın altına yığışıb, ağacdan düşən “xar” tutun barlarını toplaya biləcək və  ” qalanı xatirədir” deyəcək!
Əlvida sənətkar!

AYSEL OĞUZ 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır