Jurnalistlər üçün müsabiqə elan edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB),  Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi, eyni zamanda TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə…” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

TƏBİB-dən verilən məlumata görə, müsabiqə şərtləri aşağıdakı kimidir:

 

1.1 Müsabiqə üzrə təqdim edilən materiallar qeyd olunan istiqamətləri əhatə etməlidir:

1.1.1. Heydər Əliyev siyasəti və Azərbaycan səhiyyəsi;

1.1.2. Zərifə Əliyeva şəxsiyyəti, tibdə fenomenallıq və Azərbaycan oftalmologiya elmi;

1.1.3. Azərbaycanda tibb xidməti: keçmiş, bu gün və gələcək üçün potensial;

1.1.4. TƏBİB-in fəaliyyəti, tibbi xidmətdə yeniliklər, vətəndaş məmnuniyyəti və sağlam gələcək;

1.1.5. Səhiyyə və tibb sahəsində dövlət siyasəti: qabaqcıl yanaşma, beynəlxalq standartların tətbiqi.

 

Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.

 

1.2. Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

 

1.2.1. Müsabiqədə əmək müqaviləsi ilə işləyən jurnalistlər və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər;

 

1.2.2. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media subyektində yayımlanmalıdır;

 

1.2.3. Müsabiqəyə 20 noyabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixinədək çap mediasında (qəzet, jurnal) və informasiya agentliklərində, onlayn mediada (xəbər saytları) yayımlanacaq yazılar, müsahibələr, həmçinin audiovizual media (televiziya, radio) subyektində yayımlanmış video və audio materiallar təqdim olunmalıdır;

 

1.2.4. Müsabiqə üçün dil və janr məhdudiyyəti yoxdur;

1.2.5. Audiovizual media materialları üçün həcm məhdudiyyəti yoxdur;

1.2.6.Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

1.2.7. Müsabiqəyə təqdim edilən materiallarda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Mükafatlandırma

 

2.1. Müsabiqənin yekununda I yer (2 nəfər) – 1000 manat, II yer (2 nəfər) – 700 manat, III yer (2 nəfər)  – 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq;

 

2.2. Müsabiqədə qalib olanların adları 20 dekabr 2023-cü il tarixində açıqlanacaq.

 

Müsabiqəyə müraciət forması

 

3.1. Müsabiqəyə müraciət elektron qaydada həyata keçirilir və aşağıdakılar tələb olunur:

3.1.1. Müsabiqə yazısı (“Word” faylında, imzasız);

3.1.2. Müsabiqə yazısının dərc olunduğu materialın linki (“Word” faylında, imzalı) ;

3.1.3 . Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;

3.1.4. Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin əmək və ya mülki hüquq müqaviləsi (PDF, JPG, yaxud “Word” faylında);

3.1.5. Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

 

Qiymətləndirmə

 

4.1. Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:

4.1.1. Mövzunun dolğun əhatə etmə səviyyəsinə;

4.1.2. Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;

4.1.3. Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

4.1.4. İfadə vasitələrinin zənginliyinə;

4.1.5. Oxucu üçün informasiyalılıq dərəcəsinə;

4.1.6. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müraciət formasında qeyd olunan bütün materiallar və məlumatlar “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqə başlığı ilə info@presscouncil.az elektron ünvanına göndərilməlidir.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: Mobil/Whatsapp: (+994 50) 242 09 91

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır