Ermənistanın təxribatları Azərbaycanın cavab tədbirləri görməsini qaçılmaz etdi

Ermənistanın qeyri-adekvat addımları və təxribatları beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası çərçivəsində cavab tədbirlərinin görülməsini qaçılmaz etdi.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Nazir bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatları başladı.

“44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874 və 884), BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, NATO, GUAM, Avropa Şurası və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi.

Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də o idi ki, Azərbaycan tərəfi hətta əməliyyatlar davam edən zaman belə münaqişənin qan tökmədən, itki vermədən həllinin tərəfdarı olduğunu bəyan edirdi. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə ilk gündən etibarən səsləndirdiyi çıxışlarında əməliyyatların dayandırılmasının mümkünlüyünü, lakin bunun üçün Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruri olduğunu bəyan edirdi. Bunun qarşılığında Ermənistan tərəfi nəinki bu çağırışlara cavab vermir, əksinə, əməliyyatlar zamanı humanitar atəşkəsə dair əldə olunmuş razılıqları hər dəfəsində kobud şəkildə pozurdu”, – deyə C.Bayramov bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır