İsrailin müdafiə naziri Qəzzanın tam mühasirəyə alınmasını ƏMR ETDİ

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının tam mühasirəyə alınmasına göstəriş verib.

Onun bəyanatını xarici KİV-lər yayımlayıb.

“Mən Qəzza zolağının tam mühasirəyə alınması əmrini verdim. Nə işıq, nə qida, nə qaz təchizatı olacaq, hər şey kəsiləcək”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə soxulub.  Ardınca Fələstin hərəkatının hərbi qanadı “Əl-Əqsa” “tufan əməliyyatı”nı elan edib.

Bundan sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir qılınclar”  əməliyyatına başladığını elan edib. Baş nazir Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib və ehtiyatların geniş şəkildə səfərbər olunmasına göstəriş verdiyini bildirib.

Münaqişənin gərginləşməsi nəticəsində İsrail sakinləri arasında ölənlərin sayı 700-ü ötüb. Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 400 nəfəri keçib, 2300 nəfər yaralanıb.

Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik mənbəyi olaraq qalır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır