Milli Məclisin sədri: “Ermənistanın baş naziri də etiraf edib”

Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri YaelBraun-Pivet ilə görüşdə Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında məlumat verib. “Olaylar” xəbər verir ki, Spiker Sahibə Qafarova deyib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üç ildir ki, bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb: siyasi və hərbi təxribatlar törədib, ərazilərin minalanmasını davam etdirib, əvvəllər əldə edilmiş razılaşmaları pozub, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.

Milli Məclisin sədri artıq bir neçə aydır ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində qondarma “blokada”, “humanitar böhran” barədə bütün dünyaya çoxsaylı yalanlar yaydığını vurğulayaraq, xatırladıb ki, Ermənistanın Azərbaycanın həm Ağdam, həm də Laçın yollarından istifadə təklifindən imtina etməsi ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi təxribat olmuşdur.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış edib ki, ölkəmizin Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsinin və qeyri-qanuni separatçı rejimin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Çünki bu qüvvələr bizim ərazilərimizdə hərbi təxribatlar törədirdilər. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olmuşdur. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və hərbçilərimiz mülki yaşayış məntəqələrinə daxil olmayıblar. Spikerin sözlərinə görə, Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmamasınıvə onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir